Zərdabda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat yarışı keçirilib
Zərdab rayonunun ümumtəhsil müəssisələrinin müəllimləri arasında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat yarışı keçirilib. Yarış ATİAHİ Zərdab rayon komitəsi tərəfindən təşkil olunub. Tədbirin açılış mərasimində çıxış edən ATİAHİ Zərdab rayon komitəsinin sədri Etibar Niftəliyev bildirib ki, rayon komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə idman yarışları keçirir. Şahmat yarışı da bu  tədbirlərdən biridir. Qeyd edək ki, yarışda I, II və III yerləri tutmuş iştirakçılara ATİAHİ Zərdab rayon komitəsinin pul mükafatı və fəxri fərmanlar təqdim edilib.                      

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo