Zərdabda Novruz bayramı münasibəti ilə I və II Qarabağ müharibəsində şəhid olmuş təhsil işçilərinin ailələri ilə görüş keçirilib
Zərdab rayonunda Novruz bayramı münasibəti ilə I və II Qarabağ müharibəsində şəhid olmuş təhsil işçilərinin ailələri ilə görüş keçirilib. ATİAHİ Zərdab rayon komitəsinin təşkil etdiyi tədbirdə Azərbycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rayon komitəsinin sədri Etibar Niftalıyev çıxış edərək vətən oğullarının göstərdiyi igidliklərdən danışıb. Sonda I və II Qarabağ müharibəsində şəhid olmuş təhsil işçilərinin ailələrinə ərzaq bağlamaları verilib.