Zərdabda 65 yaşı tamam olmuş veteran müəllimlərlə görüş keçirilib
Azərbaycan Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsi və ATİAHİ Zərdab rayon komitəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhərində 2021-2022-ci ildə əmək müqavilələrinə xitam verilmiş təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, ATİAHİ rayon komitəsinin sədri Etibar Niftalıyev, RİH-nin məsul işçisi Xəyalə Veyisova, Zərdab Təhsil sektor müdiri Gülağa İsgəndərov və qabaqcıl təhsil işçiləri iştirak etmişdir. Görüşdə iştirak edən veteran müəllimlərlə hədiyyələri təqdim edilib.