Zərdab rayon Təhsil Şöbəsinin akt zalında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiiri Gülağa İsgəndərov və ATİAHİ Zərdab rayon komitəsinin sədri Etibar Niftalıyev iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov xalqımızın başına gətirilən faciələrdən söz açmış, ermənilərin tarix boyu azərbaycanlılara qarşı bu kimi soyqırımlar təşkil etməsini xatırlatmışdır. Daha sonra Rayon təhsil şöbəsinin metodist Gülsurə Novruzova soyqırım hadisəsi ilə bağlı geniş məlumat vermişdir.