Zərdab rayonunda 1 iyun uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə pespublika fənn olimpiadasının final mərhələsinə vəsiqə qazanan 4 nəfər, pespublika fənn müsabiqələrinin final mərhələsinə vəsiqə qazanan 19 nəfər, məntiq olimpiadasının final mərhələsinə vəsiqə qazanan 5 nəfər ATİAHİ Zərdab rayon komitəsi tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab üzrə sektor müdiri G.İsgəndərov və ATİAHİ Zərdab rayon komitəsinin sədri E.Niftalıyev təqdim ediblər.