Zərdab rayonunda ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş stolüstü tennis yarışı keçirilib
ATİAHİ Zərdab rayon komitəsi ümumitəhsil məktəbləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş stolüstü tennis yarışı keçirib. Yarışda I yeri şəhər 3 saylı tam orta məktəbin müəllimi Dövrüşov Nizami Məhəmməd oğlu, II yeri şəhər 1 saylı məktəbin müəllimi Cəfərov Nizami Əsədulla oğlu, III yeri isə şəhər 3 saylı məktəbin müəllimi Ağayev Nizami Ağa oğlu tutub. Üç nəfər isə həvəsləndirici yerləri tutub. Qaliblər ATİAHİ Zərdab rayon komitəsinin fəxri fərmanı və  pul mükafatı ilə mükafatlandırılıb. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo