Zərdabda qadın müəllimlərə hədiyyələr verilib
ATİAHİ Zərdab rayon komitəsinin təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon məktəblərində çalışan fəal qadın ittifaq üzvləri iştirak ediblər.
Çıxış edənlər bildirib ki, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər. Tarix boyu müqəddəs ana şərəfini uca tutaraq qadınlarımız mübarizliyi ilə tanınıb, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdiriblər.Vurğulanıb ki, Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Ölkəmizdə həm dövlət səviyyəsində, həm də sadə insanlar tərəfindən xanımlara yüksək hörmət və qayğı göstərildiyi də qeyd olunub.
Tədbirin sonunda qadın müəllimlərə bayram hədiyyələri təqdim edilib.
Rayon komitəsində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə iştirak edən qabaqcıl qadın təhsil işçilərinə qiymətli hədiyyələr verilmişdir.