ATİAHİ Zərdab rayon komitəsinin hesabat-seçki yığıncağı keçirilib
28 fevral 2024-cü il tarixdə ATİAHİ Zərdab rayon komitəsinin hesabat seçki yığıncağı keçirilib. ATİAHİ Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun da iştirak etdiyi iclasda rayon komitəsinin və təftiş komissiyasının hesabatları dinlənilərək müzakirə edilib. Həmçinin rayon komitəsinin seçkili orqanları yenidən formalaşdırılıb. Konfrans nümayəndələri rayon komitəsinin sədri Etibar Niftəliyevə yenidən etimad göstəriblər və o növbəti müddətə ATİAHİ Zərdab rayon komitəsinin sədri seçilib. İcasda çıxış edən M.Eyvazov yeni seçilən heyəti ATİAHİ Respublika Komitəsinin adından təbrik edib və tövsiyələrini çatdırıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo