8 noyabr Zəfər Günü münasibətilə Zərdab rayonunda təhsil müəssisəsində işləyən II Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilib
 ATİAHİ Zərdab rayon komitəsinin təşkilatşılığl ilə 8 noyabr Zəfər Günü münasibətilə təhsil müəssisəsində işləyən II Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilib. Görüşdə rayon komitəsinin sədri E.Niftalıyev, Təhsil İdarəsinin sektor müdiri G.İsgəndərov və Rayon İcra Hakimiyyətinin  nümayəndələri  iştirak edib. Görüşün sonunda müharibə iştirakçılarına pul mükafatı təqdim edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo